Amerikalı senatorlar Aİ-yə məktub göndərərək SEPAH-ın terror təşkilatları siyahısına salınmasını tələb ediblər

Amerikalı senatorlar Aİ-yə məktub göndərərək SEPAH-ın terror təşkilatları siyahısına salınmasını tələb ediblər
# 23 mart 2023 18:12 (UTC +04:00)

ABŞ Konqresinin Respublikaçı senatorlardan ibarət koalisiyası Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellə məktub göndərərək İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmağı tələb edib.

APA xəbər verir ki, 12 amerikalı senator məktubda İran İslam Respublikasını ittiham edərək bildirib:

“İran İslam İnqilabı Keşikçiləri Korpusu Avropa İttifaqı və kollektiv təhlükəsizliyimiz üçün təhdiddir. Növbəti fəlakətli hücumlardan əvvəl onların resurslarını kəsməyin vaxtıdır”.

Amerikalı senatorlar bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə davamlı dəstəyi fonunda Avropa İttifaqının səssizliyi həm Rusiyaya, həm də İran hökumətinə qarşı kollektiv qətiyyəti zəiflədir.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun adının terror təşkilatları siyahısına salınması üçün Aİ-yə üzv olan ölkələrdən birinin məhkəməsinin qərarı lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR