Bakıda üç maşın qəzaya uğrayıb.
Bakının Nizami rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, yol qəzası Babək prospektində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirərək maşını işıqforun qırmızı işığında dayanan “Opel” və “Toyota” markalı avtomobillərə çırpıb. Qəza nəticəsində hər üç maşına ciddi ziyan dəyib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakıda üç maşın qəzaya uğrayıb - FOTO

Amerika

Tramp və köməkçisinə 38 maddə ilə ittiham irəli sürülüb

Ağ Ev: Rusiya yüzlərlə İran PUA-sı alır, onları istehsal etməyi planlaşdırır - FOTO

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq yeni təhlükəsizlik yardımı elan edib
