Bayden müttəfiqləri ilə Ukraynaya əlavə dəstəyi müzakirə edib

Bayden müttəfiqləri ilə Ukraynaya əlavə dəstəyi müzakirə edib
# 09 sentyabr 2022 04:33 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden müttəfiqləri ilə Ukraynaya gələcək dəstəyi müzakirə edib.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin saytında yerləşdirilən məlumatda deyilir.

Videokonfransda Yaponiya, Kanada, İtaliya və Böyük Britaniyanın baş nazirləri, Almaniya kansleri, Polşa və Rumıniyanın prezidenti, NATO-nun baş katibi, o cümlədən Fransa və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

“Prezident bu gün müttəfiqləri və tərəfdaşları ilə videokonfrans keçirərək, Ukraynaya davamlı beynəlxalq dəstəyi, o cümlədən təhlükəsizlik və iqtisadi yardımın davam etdirilməsi və Rusiyanın Ukraynaya hücumuna cavabdehlik daşımasını vurğuladı”, - deyə bildirilib.

Liderlər həmçinin Rusiyanın enerjidən silah kimi istifadəsini və Avropaya dayanıqlı və sərfəli enerji təchizatını təmin etmək üçün gələcək koordinasiyanın zəruriliyini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR