Bayden: “Qərb müharibənin Moskva üçün “strateji uğursuzluğa” çevrilməsini təmin etməlidir”

Co Bayden

© APA | Co Bayden

# 14 iyul 2022 17:37 (UTC +04:00)

“Qərb Rusiyanın Ukraynadakı müharibəsinin Moskva üçün “strateji uğursuzluğa” çevrilməsini təmin etməlidir”.

APA xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden Baş nazir Yair Lapidlə görüşdən sonra mətbuat konfransında deyib.

ABŞ Prezidenti bildirib ki, “Prezident Putinin Ukraynaya hücumu dünyanın hər yerində sülh və sabitliyə təhdiddir”.

“Putinin müharibəsi strateji uğursuzluq olmalıdır. Azad dünya Ukraynaya öz demokratiyasını müdafiə etməkdə kömək etmək əzmini saxlamalıdır. ABŞ Ukraynanı və Rusiyanın zorakılığı nəticəsində didərgin düşmüş Ukrayna xalqını dəstəkləməyə davam edəcək”, - Prezident Bayden vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR