Bayden Şoltsla onun Çinə səfərini və Ukraynaya yardımı müzakirə ediblər

Bayden Şoltsla onun Çinə səfərini və Ukraynaya yardımı müzakirə ediblər
# 07 noyabr 2022 00:05 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ lideri Şoltsla onun Çinə səfərini və Ukraynaya əlavə yardımları müzakirə edib.

Tərəflər beynəlxalq nizamın qorunması, insan hüquqlarına hörmət və ədalətli ticarət təcrübələrinə dair birgə öhdəliklərini xatırladıb.

“Liderlər Rusiyanın nüvə silahı ilə bağlı son təhdidlərini məsuliyyətsizlik adlandırıb. Bundan əlavə Bayden və Şolts ABŞ və Almaniyanın Ukraynaya iqtisadi, humanitar və hərbi yardım göstərməklə bağlı birgə öhdəliklərini vurğulayıblar”,- deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR