Bayden Türkiyənin NATO-ya etirazını Ərdoğanla müzakirə etmək istəmir

Bayden Türkiyənin NATO-ya etirazını Ərdoğanla müzakirə etmək istəmir
# 20 may 2022 01:29 (UTC +04:00)

Türkiyənin NATO-ya etirazı Rəcəb Tayyib Ərdoğanla müzakirə edilməyəcək.

APA xəbər verir ki, bu sözləri ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib.

O bildirib ki, Ankaranın NATO-nun genişlənməsi ilə bağlı narahatlığı fonunda ABŞ Prezidenti Co Baydenin türkiyəli həmkarı Tayyib Ərdoğanla indiki mərhələdə əlaqə qurmaq planları yoxdur.

Çərşənbə günü Finlandiya və İsveç Alyansa qoşulmaq üçün ərizələri NATO-nun baş katibi Yens Stoltenberqə təhvil verib.

Türkiyə də öz növbəsində daha əvvəl bəyan etmişdi ki, NATO İsveç və Finlandiyanı kürd probleminə yanaşmasına görə “hə” deyə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR