Bayden və Avstraliyanın Baş naziri AUKUS-u müzakirə edib

Antoni Albanese, Co Bayden

© APA | Antoni Albanese, Co Bayden

# 24 may 2022 11:27 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden və Avstraliyanın yeni seçilmiş Baş naziri Antoni Albanese arasında görüş olub.

APA xəbər verir ki, bu barədə Avstraliya Baş naziri "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə AUKUS (Avstraliya - Britaniya - ABŞ müdafiə paktı) müzakirə olunub.

“Biz regional tərəfdaşlarımızla birlikdə işləyirik və iqlim dəyişikliyi ilə bağlı addımları alyansımızın yeni sütununa çeviririk", - Baş nazir Albanese bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR