Bayden Yeni il tətilindən qayıdarkən təyyarəsi şiddətli qar çovğununa düşüb - VİDEO

Merlin ştatında Endryus aviabazası, ABŞ prezidentinin təyyarəsi

© APA | Merlin ştatında Endryus aviabazası, ABŞ prezidentinin təyyarəsi

# 03 yanvar 2022 23:44 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Delaverdə bir neçə gün Yeni il tətilini keçirdikdən sonra Vaşinqtona qayıdarkən təyyarəsi şiddətli qar çovğunu ilə üzləşib.

APA-nın məlumatına görə, Ağ Evin mətbuat xidməti prezidentin təyyarəsinin Merlin ştatındakı Endryus aviabazasına enişini əks etdirən videonu “Twitter” səhifəsində paylaşıb.

Videoda dövlət başçısının şiddətli çovğunda qaldığı görünür. Təyyarə endikdən sonra Baydenin hərəkəti üçün zolağın qardan təmizlənməsi təxminən yarım saat çəkib.

Prezident təyyarədən enərkən güclü külək nərdivanı bir qədər yırğalayıb. ABŞ lideri dərhal maşına əyləşib və oradan uzaqlaşıb.

Qeyd edək ki, yerli Milli Meteoroloji Büro avtomobil sürücülərini qar fırtınası ilə bağlı xəbərdar edib. Bildirilib ki, bazar ertəsi günortadan sonra 30 sm-ə qədər qar yağıntısı gözlənilir.

Proqnoza görə, mənfi dərəcə həftənin sonuna qədər davam edəcək. Qar yağması səbəbindən federal təşkilatların ofisləri bağlanıb, yalnız fövqəladə hallar üzrə xidmətin əməkdaşları işləyirlər. Vaşinqtonda bir çox məktəb bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR