Blinken Kanada XİN rəhbəri ilə Ukraynanı müzakirə edib

Melani Joli, Blinken

© APA | Melani Joli, Blinken

# 22 yanvar 2022 19:16 (UTC +04:00)

ABŞ Dövlət katibi Entono Blinkenlə Kanadanın xarici işlər naziri Melani Joli arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

“Dövlət katibi Blinken xarici işlər naziri Joli ilə Rusiyanın Ukraynaya yaratdığı təhlükələrlə bağlı ortaq narahatlıqlarımızı, həmçinin Rusiyanın diplomatiya və de-eskalasiyaya yönəldilməsi səylərini müzakirə etdilər”, - məlumatda qeyd olunub.

Söhbət zamanı E. Blinken Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya tətbiq ediləcək genişmiqyaslı iqtisadi sanksiyalarla bağlı koordinasiyalı fəaliyyətə hazırlığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR