Bloomberg: ABŞ zavodları enerji qiymətlərinə görə çətinlik çəkir

Bloomberg: ABŞ zavodları enerji qiymətlərinə görə çətinlik çəkir
# 09 iyul 2022 02:37 (UTC +04:00)

Amerika sənayesi elektrik enerjisinin yüksək qiymətindən imtina etməyə məcburdur.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ilk növbədə, Avropanın polad və kimya məhsulları istehsalı üzrə sənaye zavodları enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasından zərər çəkib.

Agentlik vurğulayıb ki, hazırda təbii qaz və neft də daxil olmaqla, sürətlə artan enerji qiymətləri ABŞ-ın sənaye sektoruna zərbə vurmağa başlayıb.

Agentlik bildirib ki, bu yaxınlarda ABŞ-ın ikinci ən böyük alüminium zavodu böyük elektrik ödənişlərinə görə 600-ə yaxın işçisini ixtisar etmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR