Bloomberg: İlon Musk “Twitter” işçilərini yarıya qədər azaltmağı planlaşdırır

Bloomberg: İlon Musk “Twitter” işçilərini yarıya qədər azaltmağı planlaşdırır
# 03 noyabr 2022 05:28 (UTC +04:00)

“Twitter” yeni sahibi olan İlon Mask şirkətin bütün işçilərinin təxminən yarısını ixtisar etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İxtisara “Twitter”in 7500 əməkdaşından təxminən 3700-ü düşəcək.

Şirkət həmçinin ştatda qalan işçilərin məsafədən işləməsini qadağan edəcək.

Bu cür tədbirlərin xərclərin azaldılmasına yönəldiyi bildirilib.

Məsələ ilə bağlı şirkət açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR