Braziliyada leysan yağış 106 nəfərin həyatına son qoyub - YENİLƏNİB 1

Braziliyada leysan yağış 106 nəfərin həyatına son qoyub - YENİLƏNİB 1
# 30 may 2022 01:45 (UTC +04:00)

Braziliyanın şimal-şərqindəki Pernambuko əyalətində yağışlar nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb.

APA xəbər verir ki, 300-ə yaxın xilasedicinin çalışdığı hadisə zamanı 10 nəfər itkin düşüb. 6200 nəfər evsiz qalıb.

Resife (Pernambuco) şəhərində və onun ətraflarında leysan bir neçə gün dayanmır. Meteoroloji xidmətin məlumatına görə, təkcə şənbə günü gecə və səhər saatlarında ştat paytaxtının bəzi ərazilərində aylıq yağıntının 70%-ə qədəri yağıb ki, bu da daşqın və sürüşmələrə səbəb olub.

Paytaxtda və rayonun digər 23 bələdiyyəsində fövqəladə vəziyyət elan edilib.

***

30.05.2022

Saat 03:34

Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında leysan yağışları nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Globo” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Regionun qubernatoru Paulu Kamaru təbii hadisə zamanı daha 56 nəfərin itkin düşdüyünü bildirib.

Həmçinin 4 minə yaxın insanın evsiz qaldığı bildirilir.

***

29.05.2022

Saat 22:41

Braziliyanın şimal-şərqindəki Pernambuko əyalətində leysan yağışları nəticəsində 44 nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bazar günü yerli “Folha de Pernambuco” qəzeti regional inkişaf naziri Daniel Ferreyraya istinadən məlumat yayıb.

Həmçinin 56 nəfərin itkin düşdüyünü, 25 nəfərin yaralandığını və 4 mindən çox insanın evsiz qaldığı bildirib.

Prezident Jair Bolsonarunun bazar ertəsi bölgəyə səfəri gözlənilir.

Meteorologiya xidmətinin məlumatına görə, bu əraziyə yalnız şənbə günü səhər saatlarında 150 mm-ə qədər yağıntı düşüb ki, bu da daşqın və sürüşmələrə səbəb olub.

Şəhərdə fövqəladə vəziyyət elan edilib.

Fəlakətin nəticələrinin aradan qaldırılmasında 3 mindən çox insan iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR