Braziliyada narkotikə qarşı əməliyyat zamanı 6 nəfər ölüb

Braziliyada narkotikə qarşı əməliyyat zamanı 6 nəfər ölüb
# 13 iyul 2022 08:20 (UTC +04:00)

Braziliyada narkotik qaçaqmalçılığına qarşı əməliyyat keçirilib.

APA xarici mediayaya istinadən xəbər verir ki, Manguinhos məhəlləsində əməliyyat keçirən polis dəstə üzvləri ilə toqquşub.

Əməliyyat zamanı polisə atəş açılması nəticəsində qarşıdurmanın baş verdiyi bildirilib.

Nəticədə 6 dəstə üzvü həlak olub.

Qarşıdurmada 2 nəfər saxlanılıb.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada çoxlu silah-sursatın müsadirə edildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR