Çin lideri Trüdonu üzbəüz tənqid edib: Müzakirə etdiyimiz hər şey qəzetlərə sızdırılıb - VİDEO

ÇXR sədri Si Cinpin, Kanadanın Baş naziri Castin Trüdo

© APA | ÇXR sədri Si Cinpin, Kanadanın Baş naziri Castin Trüdo

# 17 noyabr 2022 10:57 (UTC +04:00)

Çin Xalq Respublikasının sədri Si Cinpin Kanada Baş naziri Castin Trüdonu G20 sammiti çərçivəsində keçirilən qapalı görüşdə müzakirələrin mətbuata sızdırılması iddiasına görə şəxsən tənqid edib.

APA xəbər verir ki, Kanada telekanallarının yaydığı videogörüntülərdə Si Cinpin və Trüdonun İndoneziyanın Bali adasındakı Zirvədə tərcüməçi vasitəsilə söhbət etdikləri görünür.

“Bu, uyğun deyildi və biz bunu belə etmədik. Səmimiyyət olarsa, qarşılıqlı hörmətlə yaxşı ünsiyyət qura bilərik, əks halda nəticə asan olmayacaq”, - Çin lideri bildirib.

Si Cinpinin tərcüməçisinin Trüdoya “Müzakirə etdiyimiz hər şey qəzetlərə sızdırılıb, bu, doğru deyil”, dediyi eşidilir.

“Kanadada biz azad, açıq və səmimi dialoqa inanırıq və bu, bizdə davam edəcək, birlikdə konstruktiv çalışmağa davam edəcəyik, lakin razılaşa bilmədiyimiz məsələlər olacaq”, - Kanada Baş naziri Çin liderinin ilkin tənqidinə belə cavab verib.

Lakin o, sözünü bitirməmiş bir qədər əsəbi görünən Çin lideri Si onun sözünü kəsir və deyir: “İlk əvvəl şərait yaradın, şərait yaradın, yaxşı?”

Si Cinpin daha sonra Trüdonun əlini sıxaraq ondan uzaqlaşır.

Çin liderinin narazılığı, ehtimal ki, Trüdonun çərşənbə axşamı onunla görüşərkən Kanadada seçkilərdə iddia edilən casusluq və Çinin "müdaxiləsi"nə dair "ciddi narahatlıqlar" olduğu ilə bağlı müzakirənin mediada dərc olunmasına görədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR