Çinin Rusiya neftini alması ilə bağlı ABŞ sanksiya paketi təqdim edib

Çinin Rusiya neftini alması ilə bağlı ABŞ sanksiya paketi təqdim edib
# 27 iyul 2022 07:45 (UTC +04:00)

Rusiyadan Çinə neft və ya mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerləri sığortalayan və ya qeydiyyatdan keçirən hər hansı hüquqi şəxsə qarşı sanksiyalar tətbiq olunacaq.

APA “Bloomberg”ə istinadən xəbər verir ki, bu ABŞ-ın respublikaçı senatoru Marko Rubionun təqdim etdiyi qanun layihəsində öz əksini tapıb.

Siyasətçinin sözlərinə görə, Çin Rusiya neftini almaqla Ukraynadakı xüsusi əməliyyatı dəstəkləyir.

“Bu cür cəhdlərlə Rusiyaya kömək edən istənilən təşkilat, o cümlədən Çinin dövlət şirkətləri ciddi nəticələrlə üzləşməlidir”, - deyə o bildirib.

Agentliyin məlumatına görə, qanun layihəsini senatorlar Rik Skott (Floridadan) və Kevin Kramer (Şimali Dakotadan) dəstəkləyib.

Eyni zamanda “Bloomberg” qeyd edib ki, təşəbbüs ABŞ prezidenti Co Bayden administrasiyasının siyasətinə ziddir və onun Senatda təsdiqlənmək şansı azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR