CNBC: Nyu-York məhkəməsi Roman Abramoviçin iki təyyarəsini həbs edib

CNBC: Nyu-York məhkəməsi Roman Abramoviçin iki təyyarəsini həbs edib
# 06 iyun 2022 22:00 (UTC +04:00)

Nyu-York federal məhkəməsi rusiyalı iş adamı Roman Abramoviçin iki təyyarəsinin həbsinə icazə verən sənəd imzalayıb.

APA xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Telekanalın məlumatına görə, söhbət Abramoviçin “Boeing 787-8 Dreamliner” və “Gulfstream G650ER” təyyarələrindən gedir.

Məhkəmə sənədlərinə görə, “Boeing 787-8 Dreamliner” Dubayda, “Gulfstream G650ER” isə Rusiyadadır.

ABŞ hələlik Roman Abramoviçi sanksiyalar siyahısına daxil etməyib, lakin mart ayında ABŞ-ın maliyyə naziri Cennet Yellen CNBC telekanalına müsahibəsində rusiyalı sahibkara məhdudiyyətlərin tətbiqini istisna etmədiyini bildirib.
Martın 10-da Roman Abramoviç Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib. Martın 15-də Avropa İttifaqı sahibkara qarşı məhdudiyyətlər tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR