Donald Trampın sosial şəbəkəsinin fəaliyyətə başlayacağı tarix məlum olub

Donald Trampın sosial şəbəkəsinin fəaliyyətə başlayacağı tarix məlum olub
# 07 yanvar 2022 04:57 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Trampın təşəbbüskarı olduğu sosial şəbəkə fevralın 21-də fəaliyyətə başlayacaq.

APA-nın xəbərinə görə, “Trump Media Group”un layihələndirdiyi sosial şəbəkəyə hələ ad seçilməyib. Lakin onun “Facebook”, “Twitter”, “YouTube”a alternativ olacağı iddia edilir.

Qeyd edək ki, Donald Tramp ötən ilin yanvarında “Twitter”də bloklandıqdan sonra öz sosial şəbəkəsini yaratmağa qərar verib. Yeni platformanın müəllifləri burada heç bir mövzuya qadağa qoyulmayacağını bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR