Ekvador prezidenti etirazçıların onu devirmək istədiyini bildirib

Ekvador prezidenti etirazçıların onu devirmək istədiyini bildirib
# 21 iyun 2022 02:54 (UTC +04:00)

Ekvador prezidenti Qilyermo Lasso hökumət əleyhinə kütləvi etiraz aksiyalarının iştirakçılarını və təşkilatçılarını onu devirmək niyyətində olduğunu bildirib. APA xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.

“Biz əlimizi uzatdıq, dialoqa çağırdıq, lakin onlar sülh istəmir, xaos yaratmağa ehtiyac duyurlar. Onlar prezidenti devirmək istəyirlər. Mən heç yerdə gizlənmirəm. Demokratiya yoxsa xaos? Bu, böyük döyüşün mahiyyətidir”,- deyə prezident sosial şəbəkədə qeyd edib.

Ekvadorda etirazlar iyunun 13-də yanacağın qiymətinin əhəmiyyətli dərəcədə artması ilə əlaqədar başlayıb. Ekvador prezidenti Qilyermo Lasso İmbabura, Kotopaksi əyalətlərində və Piçinça metropoliten bölgəsində fövqəladə vəziyyət elan edib.

Etirazçılar dövlət əmlakının özəlləşdirilməsinin dayandırılmasını, yanacağın qiymətinin dondurulmasını, imkansız ailələrə və təsərrüfatlara yardımın təşkilini tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR