Ekvador prezidentinə dəri xərçəngi diaqnozu qoyulub

Ekvador prezidentinə dəri xərçəngi diaqnozu qoyulub
# 15 avqust 2022 03:52 (UTC +04:00)

Ekvadorun prezidenti Gilermo Lassoda melanoma (dəri xərçəngi) aşkar edilib.

APA xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, həkimlər siyasətçinin iyulun sonunda sağ göz qapağında bazal hüceyrəli karsinoma şübhəsi ilə bağlı keçirdiyi əməliyyatın nəticələrinə əsasən belə bir diaqnoz qoyublar.

Qəzet dövlət başçısının müalicə üçün xaricə getməsinin səbəbinin bu olduğunu bildirib.

Lassonun mətbuat xidməti elan edib ki, avqustun 16-dan 21-dək o, əlavə diaqnostika üçün ABŞ-ın Hyuston şəhərinə səfərdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR