Florida qubernatoru Baydeni sərt tənqid edib

ABŞ prezidenti Co Bayden

© APA | ABŞ prezidenti Co Bayden

# 04 sentyabr 2022 19:10 (UTC +04:00)

“ABŞ prezidenti Co Baydenin Respublikaçılar Partiyasından olan sələfi Donald Trampın tərəfdarlarını “demokratiya üçün təhlükə” adlandırdığı çıxışı siyasətçinin ən iyrənc çıxışlarından biri olub”.

APA xəbər verir ki, Florida qubernatoru Ron DeSantis bu sözlərini Fox News yayıb.

Onun sözlərinə görə, dövlət başçısı faktiki olaraq ölkə əhalisinin yarısını ikinci dərəcəli insanlar adlandırıb.

“Bu, Amerika prezidentinin indiyə qədər etdiyi ən iyrənc çıxışlardan biri idi. O, birləşdirici olduğunu deyərək seçkiyə qatıldı və indi onu dəstəkləməyən ölkə əhalisinin böyük əksəriyyətini respublika üçün təhlükə adlandırır. O, Amerika Neronudur, uğursuz bir liderdir” - DeSantis deyib.

Florida qubernatorunun nöqteyi-nəzərindən çoxlarının onun siyasətinə mənfi münasibət bəsləməsində günahkar Baydenin özüdür. DeSantisin sözlərinə görə, ABŞ prezidenti artıq milyonlarla amerikalıya zərər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR