Haitinin Ptit Rivyer kommunasında cinayətkar qruplaşmalar arasında baş verən toqquşmada azı 20 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə TeleSUR kanalına hüquq müdafiəçiləri məlumat veriblər.
Toqquşma qurbanlarının əksəriyyəti cinayətlə əlaqəsi olmayan yerli sakinlərdir.
Ötən həftə hüquq müdafiəçiləri bildirmişdilər ki, cinayətkar qruplaşmaların toqquşmaları 300 nəfərin həyatına son qoyub. Paytaxt Port-o-Prensin ətraf məhəllələrində sakinlər evlərini tərk edə bilmir.