İsrail öz vətəndaşlarının ABŞ-a səyahətinə qadağa qoyub

İsrail öz vətəndaşlarının ABŞ-a səyahətinə qadağa qoyub
# 20 dekabr 2021 12:03 (UTC +04:00)

İsrail öz vətəndaşlarının ABŞ-a səyahətinə qadağa qoyub.
APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.


Bildirilib ki, dekabrın 21-dən etibarən İsrail vətəndaşlarına xüsusi icazə olmadan ABŞ-a səyahət etmək qadağan olunacaq.

Qadağanın səbəbi kimi COVID-19-un Omicron ştamının yayılması ilə bağlı narahatlıq göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR