KİV: ABŞ əks-hücuma hazırlaşmaqda Ukraynaya kömək edib

KİV: ABŞ əks-hücuma hazırlaşmaqda Ukraynaya kömək edib
# 12 sentyabr 2022 04:52 (UTC +04:00)

ABŞ və Ukrayna yayda kəşfiyyat məlumatları mübadiləsini sürətləndirib. Bu da Kiyevin Şimal-şərq istiqamətində əks-hücumu planlaşdırması zamanı keyfiyyətli informasiyaya əsaslanmağa imkan verib.

APA-nın xəbərinə görə, bu iddia ilə, “The New York Times” qəzeti çıxış edib.

ABŞ-dakı mənbələrə istinad edən qəzet yazır ki, əməliyyat məsələləri daim müzakirə edilib. ABŞ müntəzəm şəkildə Rusiya ordusunun komanda məntəqələri, anbarları, texnikanın hərəkəti kimi vacib məlumatları Kiyevə ötürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR