KİV: Dünya üzrə COVID-19-a qarşı 9 milyarda qədər peyvənd vurulub

KİV: Dünya üzrə COVID-19-a qarşı 9 milyarda qədər peyvənd vurulub
# 26 dekabr 2021 20:20 (UTC +04:00)

Bu günə qədər 184 ölkədə COVID-19-a qarşı 8,95 milyarddan çox peyvənd vurulub.

APA xəbər verir ki, bu barədə “Bloomberg”in təqdim etdiyi hesablamalarda öz əksini tapıb.

Bildirilib ki, bəşər tarixində ən böyük peyvənd kampaniyası ümumilikdə 8,95 milyard doza ilə davam edir: “Bu, hər 100 nəfər üçün 116 doza deməkdir. Hazırda orta peyvəndləmə dərəcəsi gündə 43,4 milyon dozadır.

Mütəxəssislərin fikrincə, həyatın normala dönməsi üçün əhalinin təxminən 75%-nin peyvənd edilməsi lazımdır. Artıq 38 ölkədə insanların 75%-i peyvəndin ən azı bir dozası ilə peyvənd olunub”.

Məlumatda daha sonra vurğulanıb ki, müxtəlif regionlarda peyvəndləmə prosesi hələ də qeyri-bərabər aparılır: “Yüksək gəlirli ölkələr aşağı gəlirli ölkələrlə müqayisədə 10 dəfə çox peyvəndləmə edirlər. Çində 2,7 milyard peyvənd edilib - sakinlərin 88,6%-i ən azı bir doza qəbul edib, 85,2%-i prosesi tamamlayıb. ABŞ-da 61,7%, Fransada - 79,6%, Almaniyada - 70,9%, Böyük Britaniyada - 70,7% tam peyvənd olunub. Eyni zamanda, Konqo Demokratik Respublikasında - 0,1%, Çadda - 0,5%, Haitidə - 0,6%, Yəməndə - 1,2%. Rusiyada 143,69 milyon peyvənd edilib, əhalinin 44,4%-i tam peyvənd olunub”.

Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başladığı gündən dünyada 279,55 milyon insan koronavirusa yoluxub, 5,4 milyon nəfər ölüb. Bu göstəricilərə görə, ABŞ birinci yerdədir: ölkədə 52 milyon yoluxma, 816,5 min ölüm qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR