KİV: Pompeo gələn ay Ukraynaya səfər edəcək

Maykl Pompeo

© APA | Maykl Pompeo

# 29 mart 2023 12:20 (UTC +04:00)

ABŞ-ın sabiq dövlət katibi Maykl Pompeo (Michael Richard Pompeo) 3 apreldə Ukraynaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə məlumatı “Politico” nəşri öz mənbələrinə istinadən yayıb.

Nəşrin sözlərinə görə, bu, gələn il keçiriləcək prezident seçkilərində mümkün namizəd kimi bir siyasətçi üçün Ukraynaya dəstək nümayiş etdirmək və ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Florida qubernatoru Ron DeSantis kimi digər namizədlərin fikrindən fərqli olan mövqeyini bildirmək şansıdır.

Pompeonun Ukraynaya səfər çərçivəsində Prezident Vladimir Zelenski ilə görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR