Kolumbiyada mədəndə partlayış nəticəsində 7 nəfər ölüb

Kolumbiyada mədəndə partlayış nəticəsində 7 nəfər ölüb
# 04 iyun 2022 20:30 (UTC +04:00)

Kolumbiyada mədəndə partlayış olub.

APA “El Tiempo” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 şaxtaçı ölüb.

Daha 8 şaxtaçının axtarışları aparılır.

Mədəndə qazın konsentrasiyasının yüksək olması səbəbindən xilasetmə işlərində çətinlik yaranıb. Buna baxmayaraq, hakimiyyət əməliyyatları günün sonuna kimi başa çatdırmağı planlaşdırır.

Qeyd edək ki, hadisə mayın 30-da baş verib.

Hadisə baş verən gün 14 nəfərin mədəndə qaldığı bildirilib. Həmin vaxt yalnız bir nəfər xilas olunsa da xəstəxanada həkimlər onun həyatını xilas edə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR