Koronavirusların çoxalmasının qarşısını alan dərman hazırlanıb

Koronavirusların çoxalmasının qarşısını alan dərman hazırlanıb
# 07 iyun 2022 20:41 (UTC +04:00)

ABŞ və Yaponiyadan olan alimlər bütün növ koronavirusların fermentlərinin işini bloklayan dərman hazırlayıb.

APA “bioRxiv” elektron kitabxanasına istinadla xəbər verir ki, preparat Covid-19-a qarşı da effektlidir.

Qeyd olunur ki, koronavirusların fermentləri çoxalaraq zülal zənciri yaradır və patogenliyi artır. Bu zülal zənciri koronavirus xəstəliyinin yaranması ilə nəticələnir. Yeni hazırlanan dərman virusun fermentlərini bloklayaraq onun yoluxmuş orqanizmdə inkişafını dayandırır.

Yeni preparat bütün növ koronaviruslara qarşı universal dərman hazırlanması üçün əsas ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR