Meksika ölkənin cənub sərhədlərinə mühafizə dəstlərini yerləşdirməyə başlayıb

Meksika ölkənin cənub sərhədlərinə mühafizə dəstlərini yerləşdirməyə başlayıb
  • Clock-gray 19:51
  • calendar-gray 12 İyun 2019

Meksika hökuməti ötən həftə ABŞ-la imzalanan miqrasiyaya nəzarət müqaviləsinin şərtlərinə uyğun olaraq ölkənin cənub sərhədlərinə milli mühafizə dəstlərini yerləşdirməyə başlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard bildirib.

“Bu gündən etibarən sərhəd boyu yerləşdirmə həyata keçiriləcək və bu qarşıdakı günlərdə də tam sürətlə davam edəcək”, deyə meksikalı nazir mətbuat konfransında bildirib.

Ebrard qeyd edib ki, atılacaq addımların effektivliyi 45 gün müddətində bəlli olacaq.  

Xatırladaq ki, iyunun 7-də Meksika və ABŞ arasında miqrasiyaya nəzarətlə bağlı saziş imzalanıb. Sazişə əsasən Meksika Qvatemala ilə sərhəddə milli qvardiyanın 6000 hərbiçisini yerləşdirməli və Mərkəzi Amerikadan gələn immiqrantların qarşısını almaq üçün tədbirlər görməlidir.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date