Meksikada bara hücumda 7 nəfər ölüb, 6 nəfər yaralanıb

Meksikada bara hücumda 7 nəfər ölüb, 6 nəfər yaralanıb
# 29 yanvar 2023 07:03 (UTC +04:00)

Meksikanın mərkəzindəki Zakatakas ştatında naməlum şəxslər bara silahlı basqın edib.

APA-nın məlumatına görə, bu barədə yerli polis Feysbuk səhifəsində məlumat yayıb. Hücum nəticəsində 7 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Hücumla bağlı ştat prokurorluğu araşdırmalara başlayıb. Hücumun mümkün motivləri barədə məlumat açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR