Meksikada keçmiş narkokartel liderinin oğlunun həbsi 29 nəfərin ölümünə səbəb olub

Meksikada keçmiş narkokartel liderinin oğlunun həbsi 29 nəfərin ölümünə səbəb olub
# 07 yanvar 2023 00:07 (UTC +04:00)

Meksikanın Sinaloa ştatında hüquq-mühafizə orqanlarının Sinaloa narkokartelinin keçmiş lideri Xoakin Qusmanın oğlu Ovidio Qusman Lopezin saxlanması üçün keçirdiyi genişmiqyaslı əməliyyat zamanı 29 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə müdafiə naziri Luis Sandoval mətbuat konfransında bildirib.

“Hökumət orqanlarının hesablamalarına görə, 19 cinayətkar öldürülüb, 10 hərbçi xidməti borcunu yerinə yetirərkən həyatını itirib. Bundan başqa, 35 əsgər yaralanıb, onlara lazımi tibbi yardım göstərilir. Təhlükəsizlik qüvvələrinə hücumda şübhəli bilinən 21 nəfər saxlanılıb. Cinayətkarlardan onlarla odlu silah, o cümlədən iriçaplı tüfənglər götürülüb” – deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR