Miçiqan qubernatorluğuna namizəd saxlanılıb

Miçiqan qubernatorluğuna namizəd saxlanılıb
# 10 iyun 2022 00:46 (UTC +04:00)

ABŞ-ın Federal Təhqiqat Bürosunun əməkdaşları Miçiqan ştatının qubernatorluğuna namizəd Rayan Kellini saxlayıb.

APA CNN-ə istinadla xəbər verir ki, Kelli 6 yanvar 2020-ci ildə Kapitoli binası qarşısında iğtişaş törətməkdə ittiham edilir.

FTB həbslə bağlı detallı məlumat verməsə də, Kellinin evində axtarış aparıldığını bildirib. Yaxın vaxtlarda onun barədə həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR