Nensi Pelosinin Tayvana səfəri başa çatıb

Nensi Pelosi

© APA | Nensi Pelosi

# 03 avqust 2022 13:21 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri başa çatıb.

APA NTV telekanalına istinadən xəbər verir ki, səfər çərçivəsində o, Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Pelosi səfəri zamanı Tayvanla ABŞ arasında ikitərəfli münasibətləri müzakirə edib.

Onun Asiyaya turu çərçivəsində Tayvana səfəri Çin tərəfindən pislənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR