Nyu-York polisi şübhəli əşyaya görə Dünya Ticarət Mərkəzini boşaldıb

Nyu-York polisi şübhəli əşyaya görə Dünya Ticarət Mərkəzini boşaldıb
# 11 yanvar 2023 06:48 (UTC +04:00)

Hüquq-mühafizə orqanları Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzində (WTC) şübhəli bağlama aşkar edildiyi üçün təxliyə həyata keçirib.

APA-nın xəbərinə görə, bu barədə polisin mətbuat xidməti Tvitterdə məlumat yayıb.

Bağlama meqapolisin əsas nəqliyyat qovşağı olan Okulus binasındakı Dünya Ticarət Mərkəzi stansiyasında şəhərətrafı qatar vaqonunda tapılıb. Buradan şəhərətrafı qatarlardan başqa, bir neçə metro xətti də keçir.

NBC teleşirkətinin məlumatına görə, minaaxtaran qrupunun yoxlaması nəticəsində şübhəli bağlamanın içərisində məişət avadanlığının olduğu üzə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR