Paraqvayın prokuroru Kolumbiyada öldürülüb

Paraqvayın prokuroru Kolumbiyada öldürülüb
# 11 may 2022 04:18 (UTC +04:00)

Paraqvayın narkotik dövriyyəsi ilə mübarizə üzrə prokuroru Marselo Pessi Kolumbiyada öldürülüb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, aprelin 30-da ailə quran Pessi Paraqvaydakı Baru yarımadasında bal ayı keçirirmiş.

Şahid ifadəsinə görə, İstirahətdə olan zaman dənizdən 2 nəfər yaxınlaşaraq prokuroru öldürərərk hadisə yerindən uzaqlaşıb. Müdaxilə etmək istəyən cangüdən də öldürülüb.

Cinayət işini Paraqvay və Kolumbiyadan birgə istintaq qrupu araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR