Pentaqon: Rusiya Şimali Koreyadan silah alıb

Con Kirbi

© APA | Con Kirbi

# 07 sentyabr 2022 08:20 (UTC +04:00)

Rusiya Şimali Koreyadan silah alıb.

APA xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi Con Kirbi “Zoom” proqramı vasitəsi ilə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi alıb.

Lakin hələlik bu silahların döyüş meydanında istifadə edildiyinə dair heç bir məlumat yoxdur.

Kirbi ABŞ-ın xarici siyasətini də dəyərləndirib.

Kirbi əlavə edib ki, silah satışı Rusiyanın Ukrayna ilə müharibədə nə qədər ümidsiz və çarəsiz olduğunun göstəricisidir.

Çinin Rusiya ilə bağlı mövqeyinə də toxunan Kirbi, bildirib ki, Çin Rusiyaya qarşı sanksiyalarda heç bir pozuntuya yol verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR