Rişi Sunak ABŞ-a səfər edib

Britaniya Baş naziri Rişi Sunak

© APA | Britaniya Baş naziri Rişi Sunak

# 07 iyun 2023 12:11 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Rişi Sunak ABŞ-a səfər edib.

APA xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirlib ki, Baş nazir Sunak iki günlük işgüzar səfər üçün artıq Vaşinqtondadır.

Böyük Britaniyanın hökumət başçısı ABŞ Prezidenti Co Baydenlə, Konqres üzvləri və biznesmenlərlə görüşəcək. "Bu görüşlərdə Baş nazirin diqqəti iqtisadiyyatlarımızda böyüməni sürətləndirmək, iş yerləri yaratmaq və xalqlarımızın gələcəkdə təhlükəsizliyini təmin etmək üçün ittifaqın gücləndirilməsinə yönəlib", - Böyük Britaniya Baş nazirinin Ofisnin yaydığı məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR