Rusiya, İran və Çin Cənubi Amerikada hərbi təlimlərə hazırlaşır

Rusiya, İran və Çin Cənubi Amerikada hərbi təlimlərə hazırlaşır
# 07 iyul 2022 05:38 (UTC +04:00)

ABŞ-dan olan analitiklər hesab edir ki, Rusiya, Çin və İran Latın Amerikasında birgə hərbi təlimlər keçirmək istəyir.

APA “Regnum.ru” saytına istinadən xəbər verir ki, bu, Latın Amerikası ölkələrinin Rusiya, Çin və İranla ABŞ-a qarşı yönəlmiş koalisiya yaratmaq istəyinin bariz göstəricisi kimi qeyd olunub.

Venesuela lideri Nikolas Maduro avqustun ortalarında “Snayper Sərhəd” döyüş oyunları təşkil etməyi planlaşdırır.

Analitikləe düşünr ki, digər 10 iştirakçı ilə birlikdə Rusiya, Çin və İran öz hərbi qüvvələrini Qərb yarımkürəsinə köçürəcək və Latın Amerikası və Karib hövzəsində qabaqcıl hərbi qüvvələri yerləşdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR