Stoltenberq Vaşinqtonda Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək

Stoltenberq Vaşinqtonda Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək
# 01 iyun 2022 03:41 (UTC +04:00)

NATO-nun baş katibi Yens Stoltenberq bu gün Vaşinqtona səfər edəcək.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

Səfər çərçivəsində aparılacaq danışıqlarda Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi də müzakirə olunacaq.

Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi bu iki ölkənin NATO-nun Madriddə keçiriləcək sammitdə Alyansa daxil olması ilə bağlı razılığın əldə edilib-edilməməsi ilə bağlı suala cavab verməyib.

Finlandiya və İsveçin NATO-dakı səfirləri Klaus Korhonen və Aksel Vernhoff mayın 18-də bloka daxil olmaq üçün ərizələrini təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR