Trass və Bayden ölkələr arasında müdafiə ittifaqını gücləndirmək barədə razılığa gəliblər

Trass və Bayden ölkələr arasında müdafiə ittifaqını gücləndirmək barədə razılığa gəliblər
# 07 sentyabr 2022 03:44 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Liz Trass və ABŞ prezidenti Co Bayden telefonla danışıb.

APA-nın məlumatına görə, bu barədə Britaniya hökuməti başçısının ofisi məlumat yayıb

İki ölkə müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

“Baş nazir və prezident Bayden ABŞ-Böyük Britaniya xüsusi əlaqələrinin davamlı gücü haqqında danışıblar. Onlar güclü müdafiə sisteminin NATO və Avstraliya-Böyük Britaniya-ABŞ müdafiə tərəfdaşlığı AUKUS vasitəsilə genişləndirmək barədə razılığa gəliblər",- deyə bildirilib.

Qeyd olunur ki, Trass və Bayden dünya azadlığını gücləndirmək, avtokratiyaların yaratdığı təhdidlərlə mübarizə aparmaq, həmçinin Rusiyanın Ukraynada məğlub olmasını təmin etmək öhdəliyinə sadiqliklərini təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR