Türkiyə səfiri Uruqvay XİN-ə çağırılıb

Hüseyn Müftioğlu

© APA | Hüseyn Müftioğlu

# 24 aprel 2022 23:15 (UTC +04:00)

Türkiyə səfiri Hüseyn Müftioğlu xarici işlər naziri Mövlud Çavuşoğlunun jestinə görə Uruqvaydakı Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA xəbər verir ki, bu barədə “Clarin” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Çavuşoğlu onun səfərinə etiraz edən erməni diasporunun aksiya keçirdiyi ərazidən ötərkən onlara “Boz qurd” işarəsi göstərib. Bu da yerli ermənilərin qəzəbinə səbəb olub.

Qeyd edək ki, Çavuşoğlu Montevideoya səfəri çərçivəsində Türkiyə səfirliyinin açılışında iştirak edib və bir sıra görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR