ÜST uşaqlarda mənşəyi naməlum hepatit hallarını qeydə alıb

ÜST uşaqlarda mənşəyi naməlum hepatit hallarını qeydə alıb
# 24 aprel 2022 00:25 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 12 ölkədə uşaqlar arasında mənşəyi məlum olmayan kəskin hepatitə yoluxma halları qeydə alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, təşkilat Avropada 11 Amerikada isə bir ölkədə ən azı 169 belə hadisənin olduğunu bildirib.

Bu halların əksəriyyəti - 114-ü Böyük Britaniyada qeydə alınıb.

Xəstələrin yaşı 1 aydan 16 yaşa qədərdir.

ÜST bir ölüm qeydə alıb. Xəstələrin təxminən 10% -i qaraciyər transplantasiyasına ehtiyac duyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR