Venesuela hakimiyyəti 7 amerikalını həbsdən azad edib

Venesuela hakimiyyəti 7 amerikalını həbsdən azad edib
# 02 oktyabr 2022 03:17 (UTC +04:00)

Venesuela hakimiyyəti bir neçə ABŞ vətəndaşını həbsdən azad edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü ABŞ prezidenti Co Bayden bildirib.

Onun sözlərinə görə, Venesuelada uzun illər qanunsuz həbsdə saxlanılan ümumilikdə 7 nəfər azad edilib.

Amerika lideri yazılı açıqlamasında "onlar tezliklə ailələrinə qovuşacaqlar" deyib.

Öz növbəsində, dövlət katibi Entoni Blinken də bildirib ki, söhbət altı ABŞ vətəndaşından, həmçinin bu ölkədə daimi yaşamaq icazəsi olan bir şəxsdən gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR