AKİA: Fermerlərə subsidiyaların ödənilməsi Novruz bayramınadək yekunlaşacaq

AKİA: Fermerlərə subsidiyaların ödənilməsi Novruz bayramınadək yekunlaşacaq
# 10 mart 2020 16:16 (UTC +04:00)

Bu gün 29 min fermerə 15,7 mln. manat məbləğində subsidiyaların ödənişi təmin edilib ki, bu məbləğ axşam saatlarınadək fermer kartlarına köçürüləcək.

"APA-Economics"in məlumatına görə, bunu subsidiyaların verilməsi, fermer kartlarının paylanması və güzəştli gübrə satışı ilə bağlı təşkil olunan brifinqdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, subsidiyaların fermer kartlarına tam köçürülməsi qarşıdakı bayram günlərinədək yekunlaşdırılacaq: "Subsidiyaların köçürülməsi birbaşa olaraq fermerlərin sənədlərin qaydasında olması ilə bağlıdır. Bu həftə ərzində çalışacağıq ki, 40 min nəfərə subsidiyaların ödənilməsini təmin edək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR