Avropadan Azərbaycana cins damazlıq qoyunlar gətirilib

Avropadan Azərbaycana cins damazlıq qoyunlar gətirilib
  • Clock-gray 14:35
  • calendar-gray 22 Fevral 2021

Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük-ətlik istiqamətli qoyunları gətirilib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ümumi sayı 1 000 başdan artıq olan damazlıq heyvanlar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir.

Müəssisənin baş mütəxəssisi Elşən Cabbarovun sözlərinə görə, hazırda təsərrüfatda Avropadan gətirilən 4 fərqli qoyun cinsləri saxlanır.

“Bu cinslərin 85%-i əkiz bala verməsi 24 ayda, yəni iki ildə 6 quzu, başqa sözlə, ilə orta hesabla 3 bala deməkdir. Örüş-otlaq sahələrində yetişdirilən qoyunlarda bu cür yüksək məhsuldarlıq mövcud deyil. Yəni, nəzəri baxımdan üç baladan biri fermerin xərclərini ödəyir, digər ikisi isə qazanc sayılır”, - deyə E. Cabbarov qeyd edib.

Qeyd edək ki, fermerlər dövlət dəstəyi mexanizmindən yararlanaraq öz təsərrüfatları üçün bu heyvanlardan ala bilərlər. Mövcud qaydalara əsasən, xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60% dövlət güzəşti ilə satılır. Fermer 25% ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60%-ni dövlət ödəyir, qalan 15%-i isə 3 il müddətinə kreditləşdirilir.

Hüseyn Vəliyev

Digər xəbərlər