Azərbaycan düyü idxalını azaldıb

Azərbaycan düyü idxalını azaldıb
  • Clock-gray 16:30
  • calendar-gray 14 May 2020

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 14,2 mln. manat dəyərində 21 291,9 ton düyü idxal edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalıb.

Qeyd edək ki, bu ilin hesabat dövründə düyünün ümumi idxalda payı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz bəndi qalxaraq 0,4% səviyyəsinə yüksəlib. Düyü ölkəyə 1 kiloqramı 0,66 manat orta qiyməti ilə idxal olunub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər