Azərbaycana buğda idxalı azalıb

Azərbaycana buğda idxalı azalıb
# 20 fevral 2021 11:57 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycana ümumi dəyəri 5 900,59 ABŞ dolları dəyərində 23 203,54 ton buğda idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk ayında Azərbaycana idxal edilən buğdanın dəyəri 54%, həcmi isə 53,5% azalıb.

Qeyd edək ki, bu ilin yanvar ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 0,75%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR