Azərbaycana tütün məmulatlarının idxalı 28% azalıb

Azərbaycana tütün məmulatlarının idxalı 28% azalıb
# 17 noyabr 2020 10:30 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən azalıb.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkəyə 70 212,59 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 683,65 min dollar və ya 28,3% azdır.

Qeyd edək ki, bu ilin 10 ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,8%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR