Azərbaycanda "Gül istehsalçıları, idxalçıları və ixracatçıları assosiasiyası" yaradılıb

Azərbaycanda "Gül istehsalçıları, idxalçıları və ixracatçıları assosiasiyası" yaradılıb
# 16 aprel 2021 16:57 (UTC +04:00)

Azərbaycanda “Gül istehsalçıları, idxalçıları və ixracatçıları assosiasiyası” İctimai Birliyi təsis olunub.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Assosiasiyanın sədri Cavid Axundov seçilib. Bundan başqa, Assosiasiyanın 7 nəfərdən ibarət İdarə Heyəti də formalaşdırılıb. Gül istehsalçılarının vahid platformada birləşməsi onların daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək.

Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR