Azərbaycanda kartof istehsalı artıb

Azərbaycanda kartof istehsalı artıb
  • Clock-gray 10:15
  • calendar-gray 17 Dekabr 2020

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 015 min ton kartof istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2,1% artıb.

Hesabat dövründə ölkədə 56,9 hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisinə bərabərdir.

Yanvar-oktyabr aylarında Azərbaycandan 33 755,8 min ABŞ dolları dəyərində 81 320,7 ton kartof ixrac olunub ki, bu da ötən ilin 10 ayının göstəricisini müvafiq olaraq 25,8% və 31,7% üstələyir.

Qeyd olunan dövr ərzində ölkəyə 37 208,4 min dolları dəyərində 135,7 min ton kartof idxal olunub. Bu göstərici dəyər baxımından 8,1%, həcm baxımından isə 9,8% azalıb.

Hüseyn Vəliyev

Digər xəbərlər