Azərbaycanın orqanik xəritəsi hazırlanacaq

Azərbaycanın orqanik xəritəsi hazırlanacaq
  • Clock-gray 12:26
  • calendar-gray 18 Dekabr 2019

Azərbaycanın orqanik xəritəsi hazırlanacaq.

"APA-Economics"in məlumatına görə, bunu “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin (AOPE) sədri Emin Əliyev bu gün Bakıda keçirilən "Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı" adlı konfransda çıxışı zamanı deyib.

"Bununla bağlı təkliflər vermişik və layihə hazırlamışıq. Həmin layihənin yaxın günlərdə donor təşkilatlara təqdim edilməsi gözlənilir. Təbiiliyini qorumuş ərazilərin xəritəsi hazırlanacaq", - deyə E. Əliyev bildirib.

O həmçinin qeyd edib ki, digər bir layihə isə orqanik məhsul istehsalçılarının məlumat mərkəzi yaradılmasını nəzərdə tutur: “Assosiasiyanın əsas məqsədi maarifləndirmədir. Assosiasiya sertifikatlaşdırma ilə məşğul deyil, lakin buna baxmayaraq maarifləndirmə işləri ilə sertifikatlaşmaya dəstək olacaq”.

Qeyd edək ki, hazırda ölkədə sertifikatlı 10 orqanik məhsul istehsalçısı şirkəti var.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date